Məqsədimiz

Learning Center Building

Beynəlxalq Təhsil Mərkəzi özəl təhsil müəssisəsi olaraq 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək fəaliyyətinə başlamışdır.  Beynəlxalq Təhsil Mərkəzinin məqsədi yüksək səviyyədə təhsil imkanları yaratmaqla Azərbaycan Respublikasının təhsil sahəsində inkişafına dəstək verməkdir

Təhsil Mərkəzi altı səviyyəli ingilis dili kursu təklif edir. Burada müxtəlif ixtisaslı insanlar ingilis danışıq  dilini birbaşa ingilis dilli xarici vətəndaşlardan öyrənirlər. Tələbələrimiz  əldə etdikləri uğurlu nəticələr sayəsində xarici və yerli kompaniyalarda, humanitar təşkilatlarda, dövlət idarələrində, habelə xarici səfirliklərdə özlərinə münnasib iş tapmaq imkanına nail olurlar

Təhsil Mərkəzinin ingilis dili poqramında hər semester 200-dən artıq tələbə təhsil alır.  Buna əlavə olaraq, gələcəkdə bizimlə dil öyrənmək arzusunda olan tələbələrimiz üçün gözləmə siyahısı mövcuddur.  Təhsil Mərkəzi öz ixtisası üzrə ingilis dilini mükəmməlləşdirməyə ehtiyacı olan tələbələr üçün də şərait yaradır.  Həmçinin  xüsusi müqavilə ilə dövlət idarələri, özəl şirkətlər və humanitar təşkilatların əməkdaşları üçün dil kursu təşkil olunur.

Beynəlxalq Təhsil Mərkəzi Azərbaycan danışıq dilini öyrənmək arzusunda olan xarici vətəndaşlar üçün 3 səviyyəli proqram üzrə intensiv Azərbaycan dili kursu təklif edir.  Müəllimlərimiz kommunikativ və interaktiv üsullarla tədris etmə təlimi keçmiş təcrübəli mütəxəssislərdir.  Təhsil Mərkəzinin tərtib etdiyi özəl  dil proqramı özündə lüğətlə yanaşı qrammatikanın izahlı strukturu və aktual dialoqları əhatə edir. 1997-ci ildə tərtib olunmuş bu özəl dil proqramı bu günə qədər fasiləsiz istifadə olunur və hər il daha da mükəmməlləşdirilmişdir.  Proqramın keyfiyyəti, əldə olunan müsbət nəticələr onun effektivliyini təsdiq edir.

Təhsil Mərkəzi Amerika və Avropadan olan mütəxəssisləri mərkəzimizdə, həmçinin Univiersitet və Instituların bir sıra fakultələrində müxtəlif mövzular üzrə seminar aparmaq məqsədilə Azərbaycan Respublikasına dəvət edir. Mühazirələr, Ümumi iqtisadiyyat, Biznes menecmenti, Oftolmologiya,  Psixologiya və digər sahələr üzrə keçirilir. 

Təhsil proqramımızla yanaşı, mərkəzimiz mədəniyyət və incəsənət sahəsinə də xüsusi diqqət yetirir.  Bu məqsədlə  mərkəzimiz Azərbaycan Mədəniyyəti və Turizm Nazirliyi ilə birlikdə bir sıra mədəni tədbirlər keçirmişdir.  Burada Amerikadan gələn musiqi qrupları ölkənin müxtəlif bölgələrində konsertlər verməklə yanaşı mədəni əlaqələrin inkişafına zəmin yaratmışlar.  Belə mədəni tədbirlər həmişə Azərbaycan  xalqı tərəfindən alqışlarla qarşılanmışdır.  Mərkəzimiz Azərbaycan milli rəqs dərnəyi, Azərbaycanlı vətəndaşlar üçün Amerika pop musiqisinin tarixi, eyni zamanda xarici vətəndaşlar üçün Azərbaycan mədəniyyətinin tarixi və dəyərləri üzrə mühazirə və görüşlər təşkil edir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd insanların mədəni dünya görüşlərini zənginləşdirməkdir.

Illər ərzində Təhsil Mərkəzi və onun əməkdaşları bir sıra humanitar xidmətlərdə xüsusilə digər təşkilatlarla birgə əməkdaşlıqda fəal iştrak etmişdir.  Yaxın keçmişdə mərkəzimiz SOS Uşaq Kəndləri, 3 saylı Xətai uşaq evində və bir neçə digər uşaq evlərində ingilis dili kursları təşkil etmişdir. Həmçinin, Beynəlxalq Qadınlar Klubunun əməkdaşlığı ilə Lənkaran şəhərinin uşaq evində sağlamlıq, qiqiyena sahələri üzrə tədris layihələri keçirilmişdir.

Biz, bu tarixi əhəmiyyətli bir dövrdə qədim mədəniyyətə malik və yenicə müstəqilliyini əldə etmiş Azərbaycan xalqına xidmətimizdən şərəf duyuruq.  Biz bütövliklə əminik ki, odlar yurdu Azərbaycan və onun qonaqpərvər xalqı yaxın gələcəkdə daha da inkişaf edib çiçəklənərək, dünya miqyasında böyük nailiyyətlər qazanacaq.  Dəyərli Azərbaycan xalqına təhsil sahəsində xidmət etməkdən zövq alırıq.