Sizi, Beynəlxalq Təhsil Mərkəzinin təşkil etdiyi tədbirə də’vət edirik...
BULVAR – Dostluq Qaçışları
Yaz 2008
NƏ?
“Milli Park - Dostluq Qaçışları” bütün yaş qruplarından olan vətəndaşları müxtəlif məsafəyə (aşağıda göstərilir) qaçışlara dəvət edir. Qaçışların məsafəsi hər ay artmaqla, Azərbaycanda ilk dəfə təşkil olunan marafonla (42,2km.) bitəcək. Məsafənin hər ay tədricən artmasına baxmayaraq, siz hələ də qısa məsafəli qaçışda iştirak edə bilərsiniz.
KİMLƏR ÜÇÜN?
Bu qaçış proqramı Azərbaycan və digər ölkələrin vətəndaşları üçün nəzərdə tutulub. Qaçığda hər kəs - böyüklər və uşaqlar, oğlanlar və qızlar, kişilər və qadınlar, təcrübəli atletlər və qaçmağa yeni başlayanlar iştirak edə bilər. Biz bütün səviyyələrdə və hər bir yaş qrupuna aid olan iştirakçıları qaçış yaxud gəzinti proqramında iştirak etməyə ruhlandırır, onların iştirakını qiymətləndirir və mükafatlandırırıq.
MƏQSƏD
Bu layihənin təşkil olunmasında başlıca məqsəd xalqlar arasında dostluğu daha da möhkəmləndirmək, fərdi şəxslər və ailələrin üzünmüddətli fiziki sağlamlığına nail olmaqdır.
ÜNVAN?
Dənizkanarı Milli Park yarışın keçirilməsi üçün münasib bir yerdir. Başlanğıc/Finış
göstəriciləri
parkın şərq qurtaracağında -
“Hökumət Evi”nin
qarşısındakı Fontanların
yanında olacaq
NƏ VAXT?
Yarışlar müəyyən tarixlərdə həftənin şənbə günləri səhər saat 9:00-da başlanır
15 Mart
- 100m – əsasən 5 yaşınadək olan uşaqlar
- 400m – əsasən 9 yaşınadək olan uşaqlar
- 1500m -hər yaşda
- 3 km – hər yaşda
- 5km – hər yaşda
5 Aprel
Bütün məsafələrə və əlavə 10 km qaçış
26 Aprel
Bütün məsafələrə və əlavə 15km qaçış
17 May
Bütün məsafələrə və əlavə 20 km qaçış
MƏBLƏĞİ?
1 Manat
Buna əlavə olaraq, proqramı maliyyə cəhətdən dəstəkləmək istəyənlər könüllü ödənişlər də edə bilərlər.
Qaçış 12 yaşdan aşağı və 55 yağdan yuxarı olan iştrakçılar üçün pulsuzdur.
MÜKAFATLAR:
Hər qaçışdan sonra I, II, və III yerləri tutan iştrakçılar qiymətli hədiyyələr ilə, iştrak edən uşaqlar isə *Milli Park Dostluq Qaçışlarının*-nın fəxri fərmanı mükafatlandırılacaqlar. Mükafatlar 17 May tarixindəki qaçışın sonunda iştrakçılara təqdim olunacaq.
Iki tarixdə iştirak edən iştrakçılara idman köynəyi, dörd qaçışda işitrak edənlərə isə mükafat təqdim olunacaq.
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN:
Beynəlxalq Təhsil Mərkəzi
Ünvan:
Zərgər Palan 12
Tel: (012) 492 46 43
Elektron poct: office@azlearn.org
