Dostluq Qaçışları
Aşağıda 5km məsafəyə qaçışın xəritəsi verilir. Xəritənin daha ətraflı şəkilini pdf formatda (1.4Mb,) buradan yükləyin.
Qaçış istiqamətinin ətraflı izahı aşağıda qeyd olunub.
5 km dairəvi yolun istiqaməti USATF tərəfindən ölçülüb və təsdiq olunmuşdur. Məsafəyə mümkün olan qədər az döngələr daxil olunub. Start/Finiş xəttinin yanındakı, qeydiyyat stolunun sağında olan xəritədə döngələrin istiqamətlərini görə bilərsiniz.
Qaçışa tam yekun vurmaq üçün siz məsafənin işarələnmiş hər bir nöqtəsindən keçməlisiniz.
Nəzarət nöqtələrindən keçən zaman hakimlər sizin nömrələrinizi qeyd edəcəklər və bu qeyd sizin yarışda tam qaydalara uyğun iştirakınızı təsdiq edəcəkdir. Yarışın yekununda bu qeydlər əsasında sizin finiş vaxtınız təsdiq olunacaq. Əgər sizin nömrəniz hər hansı bir nəzarət nöqtəsində qeydə alınmayıbsa, finiş vaxtınız nəzərə alınmayacaq və mükafat əldə edə bilməyəcəksiniz.
Yarışın istiqaməti barədə hər hansı bir sualınız olarsa, köməkçilərdən məlumat ala bilərsiniz.
Qaçış istiqaməti
Yarış istiqamətinin daha aydın olması məqsədilə məsafə boyu 8 hakim, 25 ədəd istiqamət nişanı və məsafə boyu bir neçə yüz metr lent sizə yardımçı olacaqdır. Əgər siz Milli Parkı tanıyırsız və yazılı istiqamətlərlə tanışsınızsa, bu zaman aşağdakıları oxuyun.
Qaçış yolu Milli Parkın əsas gəzinti hissəsini əhatə edir.
Start/Finiş- Kursun məsafəsi dairəvi olduğundan start xətti və finiş xətti eyni yerdə qurulub. Start/Finiş xətti Milli parkın şərq tərəfində Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin yanında qurulub.
Orada sizin nəzərinizdən qaça bilməyəcək böyük qeyd nişanı vardır.
Qaçış istiqaməti qərbə tərəf təxminən 1.75 km düz sonra səki boyu yolun sol tərəfi ilə davam edir. İştirakçılar Azneft meydanını keçərək, Əl Oyunları İdman sarayına tərəf davam etməlidirlər.
2 km nişanından 20 metr sonra yarış istiqaməti sağa dönür və oradakı dörd bucaqlı yaşıl ot sahəsini əhatə edərək, düz dənizə tərəf yönəlir.Yol sağa dönüb fırlanma nöqtəsinə çatanda sola dönür.
Yol hәmin nöqtәdәn Milli Parkın sonuna kimi şərq istiqamətdə davam edir. Orada yol parkın ən sonuncu pilləkənından üst gəzinti hissəsinə yuxarı qalxıb sola finiş xəttinə doğru yönəlir.
